08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Ermənistan Rusiyadan üzr çevirir: Hindistandan qırıcılar alır

Ermənistan Rusiyadan üzr çevirir: Hindistandan qırıcılar alır

Ermənistan Müdafiə Nazirliyi Hindistandan "Su-30MKI" qırıcısı və xüsusi silah sistemləri almaq üçün danışıqlara başlayıb.

Oxu.Az xəbər verir ki, bu məlumatı Avionslegendaires.net portalı yayıb.

Məlumatda qeyd olunub ki, hazırda Ermənistanın qırıcı parkı 2019-cu ilin yazında əldə edilmiş dörd "Su-30SM Flanker-C" və təxminən on beş köhnə "Su-25K"dən ibarətdir.

Yazıda iddia olunur ki, Ermənistan Rusiyadan "Su-30SM" qırıcıları sifariş etsə də, bu təyyarələr beş ildir İrəvana təhvil verilməyib.

"2019-cu ildə təyyarələri aldıqdan bir neçə həftə sonra Ermənistan Rusiyaya əlavə səkkiz "Su-30SM" sifariş verib. Müqavilə məbləğinin 70 faizinə qədər olan hissəsi ödənilsə də, həmin vaxtdan etibarən heç bir təyyarə təhvil verilməyib. Səbəb isə sadədir, "Sukhoi" şirkəti onların heç bir ədədini də istehsal etməyib və bu günə qədər "Su-30" təyyarələri Rusiyanın öz ehtiyacları üçün zavoddan çıxıb. Beş il keçdikdən sonra Ermənistanın səbrinin tükəndiyi görünür. Rusiya təkcə müştərisini deyil, həm də müttəfiqini itirə bilər", - deyə müəllif yazıda qeyd edib.

Nəşrin məlumatına görə, Rusiyadan əli üzülən İrəvan üzünü Hindistana çevirib və ödənilən məbləğini geri almaq niyyətindədir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница