08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

İstanbul hava limanında baqajdan 17 timsah və 10 kərtənkələ çıxdı

İstanbul hava limanında baqajdan 17 timsah və 10 kərtənkələ çıxdı

İstanbulun Sabiha Gökçen hava limanında gömrükçülər Türkiyəyə qanunsuz timsah və kərtənkələlər keçirməyə cəhd edən sərnişini saxlayıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Misirdən gələn sərnişinin baqajına baxış zamanı 17 baş Nil timsahı və 10 ədəd Nil kərtənkələsi (ən böyük kərtənkələlərdən biri) aşkar edilib.

Saxlanılan şəxsin heyvanların ölkəyə gətirilməsinə icazə verən heç bir sənədi olmayıb. Onun sözlərinə görə, onları Suriya ilə həmsərhəd Hatay vilayətinə aparırmış.

"Canlı heyvanlar nazirliyin nümayəndələri tərəfindən mühafizəyə götürülüb", - deyə nazirlikdən bildirilib. Qaçaqmalçıya qarşı hansı tədbirlərin görüldüyü və hadisənin nə vaxt baş verdiyi açıqlanmır.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница