08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Rusiyada məktəbdə daha bir silahlı insident: Şagird yaralandı

Rusiyada məktəbdə daha bir silahlı insident: Şagird yaralandı

Rusiyada məktəblinin atəş açması ilə bağlı daha bir insident yaşanıb. Nəticədə bir uşaq xəsarət alıb.

Oxu.Az-ın "Shot" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, hadisə Yamalda qeydə alınıb.

Bildirilib ki, tənəffüs zamanı şagird sinif yoldaşları ilə tualetə gedib və orada şagirdlərdən birinin ayağına atəş açıb.

Zərərçəkənə yerində yardım göstərilib, yaralanma ciddi olmayıb.

Qeyd olunub ki, yeniyetmənin pnevmatik tapançanı məktəbə keçirə bilməsinə səbəb metal detektorların plastik korpusa reaksiya verməməsi olub.

Atəş açan şagirdlə polis söhbət aparıb. Məlum olub ki, yeniyetmə artıq profilaktik qeydiyyatda imiş.

Hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, bu, Rusiyada ilk belə silahlı insident deyil. Sentyabr ayında Çelyabinskdə 13 yaşlı məktəbli sinif yoldaşlarına tapança, bıçaq və çəkiclə hücum edib. Nəticədə biologiya müəlliməsi də daxil olmaqla dörd nəfər xəsarət alıb. Məktəblinin özü psixiatriya xəstəxanasına yerləşdirilib. Bu hadisədən bir həftə sonra İrkutskda eyni yaşlarda olan daha bir məktəbli çəkic və bıçaqla sinif yoldaşlarına hücum edib. Həmin hadisə zamanı isə üç şagird yaralanıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница