08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

"Hamster Kombat" tərtibatçıları yeni mövsümün süjetini açıqlayıblar

"Hamster Kombat" tərtibatçıları yeni mövsümün süjetini açıqlayıblar

Dünyaca məşhur "Hamster Kombat" oyununun tərtibatçıları layihənin ikinci mövsümünün başlanacağını elan ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə tərtibatçılar rəsmi "Telegram" kanallarında məlumat yayıblar.

"Mövsüm çox yaxın zamanda başlayacaq və bütün baş direktorlar yeni bizneslərini idarə etməyə hazır olmalıdırlar", - məlumatda qeyd olunub.

Layihənin yaradıcılarının sözlərinə görə, istifadəçilərlə birgə oyun platforması qurulacaq, yeni işçilər işə götürüləcək və yeni oyun hitləri yaradılacaq. Bundan başqa, tərtibatçılar bildiriblər ki, "Hamster" balansında token saxlayan oyunçular sikkələrini qoruduqları üçün müəyyən bonuslar əldə edəcəklər.

Qeyd edək ki, daha əvvəl açıqlanmışdı ki, "$HMSTR" tokeni "Hamster" ekosistemində təqdim olunacaq yeni tətbiqlərə və oyunlara giriş üçün istifadə ediləcək.



Mənbə: https://oxu.az/dunya/hamster-kombat-tertibatcilari-yeni-movsumun-sujetini-aciqlayiblar

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница