08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Saç qulluğunda etdiyimiz təhlükəli səhvlər

Saç qulluğunda etdiyimiz təhlükəli səhvlər

Ev maskalarından istifadə saç qulluğunda təhlükəli səhvlərdən biridir.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

"L'Oréal Professionnel Paris"in tərəfdaşı, stilist Maksim Rokitski bildirib ki, qızlar tez-tez dəriyə çəkilmək üçün nəzərdə tutulmayan qeyri-steril, əl altında olan məhsullardan reseptlər tapırlar. Rokitskinin fikrincə, belə maskalar nəinki fayda vermir, hətta allergik reaksiyaya səbəb ola və ciddi zərər verə bilir.

"Ən təhlükəli xalq vasitələri qıcıqlandırıcı tərkibli saç maskalarıdır. Bibər və xardal tərkibli maskaları yaddan çıxarın, çünki onlar baş dərisini zədələyə və qıcıqlanmaya səbəb ola bilər. Elmi cəhətdən sübut olunmuş şeylərdən istifadə etmək lazımdır", - deyə stilist bildirib.

Baş dərisi və saçların vəziyyəti ilə bağlı problemi həll etmək istəyənlərə Rokitski dermatoloq və ya trixoloqa müraciət etməyi tövsiyə edib. Rəngləmədən sonra saçların keyfiyyətini qorumaq üçün isə ekspert koloristlə məsləhətləşməyi məsləhət görüb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница