08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Qanada Səhiyyə Nazirliyi öpüşmək və cinsi əlaqədən imtina etməyə çağırıb

Qanada Səhiyyə Nazirliyi öpüşmək və cinsi əlaqədən imtina etməyə çağırıb

Qana Milli Səhiyyə Xidməti ölkə əhalisinə qeyri-adi bir müraciət edib. Qurum sakinləri öpüşməkdən və cinsi əlaqədən imtina etməyə çağırıb.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, çağırış ölkədə meymunçiçəyi ilə yoluxma hallarının artması ilə əlaqədar edilib.

Bəyanat ölkənin şimal-qərbində növbəti xəstəlik halı qeydə alındıqdan sonra verilib. Bildirilib ki, yoluxanların sayı artıq 230 nəfərə çatıb.

Həkimlərin məlumatına görə, meymunçiçəyi yaxın bədən təması ilə ötürülə bilər, buna görə də onlar bu xəstəliyin olduğundan şübhələnilən insanlarla öpüşməkdən və yaxın təmasdan çəkinməyi ciddi şəkildə tövsiyə edirlər.

Qeyd edək ki, daha əvvəl Konqo Demokratik Respublikasında "mpox" virusuna qarşı ilk peyvənd kampaniyası başlayıb. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı tarixdə ilk dəfə olaraq meymunçiçəyinin diaqnostik testini təcili istifadə üçün təsdiqləyib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница