16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Köpəkbalığının hücum etdiyi insan sağ qaldı

Köpəkbalığının hücum etdiyi insan sağ qaldı

Köpəkbalığının hücumunun qurbanı olan 20 yaşlı Anqus Kokott möcüzəvi şəkildə sağ qala bilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Star" tabloidi məlumat yayıb.

2.5 metrlik yırtıcı anidən peyda olub və onun əlindən yapışıb. İnsident Fransız Polineziyasının Manqareva adası yaxınlığında baş verib.

Su dayaz olub, lakin bu, boz rif köpəkbalığının hücumuna mane olmayıb. Kokott özünü itirməyib. O, cəld şəkildə dalğıc troslarını kəsmək üçün nəzərdə tutulmuş bıçağını çıxarıb və köpəkbalığını qəlpələrinə vurub. Balıq Anqusu buraxıb, amma onun dişləri oğlanın əlində ilişib və xəsarət yetirib.

Həkimlər dəri və sinir transplantasiyası əməliyyatı aparıb, zədələnmiş əzadan diş fraqmentlərini çıxarıblar. Oğlan hələ də fizioterapiya və sinir müalicəsi keçir, lakin okeana qayıtmağı səbirsizliklə gözlədiyini deyir.

Kokott, yırtıcı heyvanın hücumunu həyatında onu müəyyənləşdirən bir təcrübə hesab edir və hətta xatirə kimi köpəkbalığının dişlərindən sırğalar düzəldib.

"Köpəkbalığı məni dişləyəndə panikaya vaxt yox idi. Belə vəziyyətlərdə orqanizmdə o qədər adrenalin ifraz olunur ki, sadəcə hərəkət etmək lazımdır. Əvvəlcə çox güclü ağrı hiss etdim və həqiqətən qolumu itirəcəyimi düşündüm. Düşünürəm ki, mən onun ərazisinə daxil olmuşdum, buna görə heyvanı günahlandırmaq olmaz" , - deyə o, yaşadıqlarını təsvir edi

Köpəkbalığının hücum etdiyi insan sağ qaldı



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница