16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"App Store"da boşluq: Pirat proqram peyda oldu

"App Store"da boşluq: Pirat proqram peyda oldu

"Apple App Store"da şəkillərlə işləmək üçün nəzərdə tutulmuş proqram adı ilə seriallara baxmaq üçün pirat proqram uğurla yoxlama sədlərini keçə bilib.

Oxu.Az bu barədə "9to5Mac"a istinadən xəbər verir. "Collect Cards: Store box" tətbiqi foto və video məzmunu idarə etmək üçün sadə interfeysə malik olub, lakin quraşdırıldıqdan sonra o, "Netflix", "Disney+", "Amazon Prime Video", "HBO Max" və "Apple TV+" kimi məşhur striminq xidmətlərindən qeyri-qanuni materiallar təklif edən platformaya çevrilib.

Bu hiyləgər manevrin uğur qazanmasının səbəbi istifadəçilərin coğrafi mövqeyini müəyyən etmək olub. ABŞ və bəzi digər bölgələrdə tətbiq fotoşəkillərlə işləmək üçün yalnız zərərsiz funksionallıq nümayiş etdirib və bununla da "App Store" moderatorlarının diqqətindən yayınıb. Eyni zamanda, Braziliya və digər ölkələrin sakinləri pirat məzmuna çıxış əldə ediblər ki, bu da proqrama hətta Braziliya "App Store"da pulsuz proqramlar reytinqində birinci olmağa imkan verib.

Buna baxmayaraq, "Apple" proqramı "App Store"dən silib. "App Store"un 500-dən çox mütəxəssisdən ibarət moderator komandası hər həftə 100 mindən çox proqramı nəzərdən keçirir, lakin yenə də avtomatlaşdırılmış sistemlərdən asılılıq bu işdə olduğu kimi bu cür proqramların yoxlamadan keçməsinə imkan verir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница