16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Narinin kəndində müəmmalı ölümlər: 15 uşaq ölüb, 9-u onun ailəsindən imiş... - SİYAHI

Narinin kəndində müəmmalı ölümlər: 15 uşaq ölüb, 9-u onun ailəsindən imiş... - SİYAHI

Avqustun 21-də Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda itən və 19 gün sonra cəsədi dərəyə atılan çuvalda tapılan azyaşlı Narin Güranın qətlində dəhşətli bir detal gündəmə gəlib.

Ölkə.Az Türkiyənin "Sabah" qəzetinə istinadla xəbər verir ki, Narinin öldürüldüyü Tavşantəpə kəndində əvvəllər 9-u Güran ailəsindən olmaqla 15 uşağın öldüyü məlum olub.

Ölən uşaqlardan narinin qohumlarının siyahısını təqdim edirik:
Narinin böyük bacısı T.G. O, 2019-cu ildə 5 yaşında vəfat edib.
Narinin anasının bibisinin nəvəsi olan əkizlər A.A və Y.A 2015-ci ildə 1 yaşında olarkən 5 gün fərqlə ölüb.
Narinin nənəsinin qardaşı övladları H.S (3) və F. S. (4) 1987-ci ildə eyni gün dünyasını dəyişib.
Narinin anasının əmisi uşaqları F.Ç (kişi) 2020-ci ildə 2 yaşında, M.Ç (qadın) isə 2013-cü ildə 2 yaşında ölüb.
Narinin anasının xalası nəvəsi H.Y 2004-cü ildə 5 aylıq olarkən dünyasını dəyişib. Eyni zamanda Savaş Güranın (22 yaş) 2011-ci ildə pambıq tarlasında 15 yaşlı gənc tərəfindən tapança ilə öldürüldüyü iddia edilir.

Sözügedən kənddə ölən digər uşaqlar:

1. 1995-ci il təvəllüdlü F. D. 18 günlük olarkən vəfat edib
2. 2011-ci il təvəllüdlü M. B.(kişi) 1 yaşında ölüb.
3. 1985-ci il təvəllüdlü S.D (qadın) 1 yaşında ölüb.
4. 1999-cü il təvəllüdlü Ş.D (kişi) 2 yaşında ölüb.
5. 2000-ci il təvəllüdlü Ş.K (kişi) 9 yaşında ölüb.
6. 1989-cu il təvəllqüdlü Z.T(kişi) 12 yaşında ölüb.

Narin Güran istintaqı çərçivəsində 15 uşaq ölümünün araşdırılacağı bildirilir.

Qeyd edək ki, N.Güranın qətlinə görə anası və qardaşı da daxil olmaqla 12 nəfər saxlanılıb. Ekspertiza 8 yaşlı qızın boğularaq öldürüldüyünə rəy verib. İstintaq davam edir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница