16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Başınızda sıxılma hissi varsa, diqqətli olun: Türkiyəli nevroloqdan maraqlı açıqlamalar

Başınızda sıxılma hissi varsa, diqqətli olun: Türkiyəli nevroloqdan maraqlı açıqlamalar

Başınızda sıxılma hissi varsa, bu, nəyin əlamətidir və nə etmək lazımdır?

Türkiyəli həkim, Beykent Universiteti Xəstəxanasının nevrologiya üzrə mütəxəssisi Selma Akkaya Arı gərginlikdən qaynaqlanan baş ağrıları ilə bağlı açıqlamalar verib.

Bu barədə Oxu.Az "CNN Türk"ə istinadən xəbər verir.

Onun sözlərinə görə, müasir həyatın stresi və gərgin iş rejimi baş ağrılarının ən çox yayılmış səbəblərindəndir. Gərginlikdən qaynaqlanan baş ağrıları başın ənsə və arxa hissəsindən başlayaraq bütün başa yayılır, sıxılma və təzyiq hissi yaradır.

"Bu cür ağrılar adətən stres, yuxusuzluq, əzələ gərginliyi və digər faktorlardan qaynaqlanır. Gərginlik tipli baş ağrıları adətən yüngül və ya orta şiddətdə olur, miqren kimi baş ağrıları ilə müqayisədə ürəkbulanma və qusma kimi şikayətlər nadir hallarda rast gəlinir. Ağrının müddəti bir neçə saatdan bir neçə günə qədər davam edə bilər. Bəzi xəstələr başlarında bir sarğı varmış kimi təzyiq hissi duyurlar", - deyə nevroloq qeyd edib.

Gərginlik tipli baş ağrılarının qarşısının alınması və müalicəsi mümkündür.

"Uzun müddət kompüter qarşısında işləyənlər üçün erqonomik oturacaq şəklinin tənzimlənməsi vacibdir. Keyfiyyətli və yetərli yuxu baş ağrılarının qarşısının alınmasında mühüm rol oynayır. Baş və boyun nahiyəsinə tətbiq olunan isti və ya soyuq kompres də əzələləri rahatlaşdıraraq ağrıları aradan qaldıra bilər", - deyə o əlavə edib.

"Əgər baş ağrıları ilə yanaşı, ürəkbulanma, qusma və ya görmə pozğunluğu kimi əlamətlər varsa, bu hal ciddiyə alınmalıdır" , - mütəxəssis xəbərdarlıq edib.

Selma Akkaya Arı lazımsız dərman istifadəsindən qaçınmağı da vurğulayıb.

"Uzunmüddətli və şiddətli baş ağrıları müxtəlif xəstəliklərin əlaməti ola bilər və mütləq mütəxəssis rəyi alınmalıdır" , - deyə o bildirib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница