09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

BMT Holan yüksəkliklərində mülki şəxslərin ölümünü pisləyib

BMT Holan yüksəkliklərində mülki şəxslərin ölümünü pisləyib

BMT-nin xüsusi koordinatoru Janin Hennis-Plasshert və beynəlxalq təşkilatın Livandakı müvəqqəti Qüvvələrinin komandanı, ispan general Aroldo Lasaro birgə bəyanatda Holan yüksəkliklərində yerləşən Majdal-Şəms qəsəbəsinə raket düşməsi nəticəsində mülki şəxslərin ölümünü pisləyib.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, beynəlxalq təşkilatın nümayəndələri vəziyyətin daha da gərginləşməməsi üçün bütün tərəfləri maksimum təmkinli olmağa çağırıblar.

"Biz Majdal-Şəmsdə mülki şəxslərin, o cümlədən uşaq və yeniyetmələrin ölümünü pisləyirik. Mülki şəxslər daim qorunmalıdır", - məlumatda deyilir. "Biz tərəfləri maksimum təmkinlilik göstərməyə və davamlı intensiv zərbə mübadiləsinə son qoymağa çağırırıq. Bu, bütün bölgəni ağlasığmaz fəlakətə qərq edəcək daha böyük bir münaqişə alovunu alovlandıra bilər", - müraciətdə əlavə edilib.

Qeyd edək ki, Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Onların arasında uşaqlar və yeniyetmələr də var.





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница