08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Vəkili Dilan Polatın tələbi ilə bağlı açıqlama yaydı

Vəkili Dilan Polatın tələbi ilə bağlı açıqlama yaydı

Ötən ilin noyabrında çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən sosial media fenomeni Dilan Polatın azadlığa buraxılması tələbinin məhkəmə tərəfindən rədd edildiyi iddia olunub.

Axşam.az xəbər verir ki, cütlüyün vəkili açıqlama yayıb. O bildirib ki, etirazlarına hələ cavab verilməyib.

Çirkli pulların yuyulması ittihamı ilə həbs edilən Dilan Polat və əri Engin Polatın da həbs olunduğu işlə bağlı Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) 908 səhifəlik hesabatı hazırlanıb. Sərbəst buraxılması gözlənilən Dilan Polatla bağlı qərar hələ yoxdur.

Hesabatda Dilan Polatın kommersiya və maliyyə əməliyyatlarında qərar vermə səlahiyyətinin olmadığı, qərar verənlərin isə Engin və Sezgin Polat olduğu qeyd edilib. Hesabatda Engin Polatın hesabına 2020-2023-cü illər arasında 71 milyon 904 min lirə daxilolma, 144 milyon 208 min lirə çıxış olduğu və bu illər arasında 3 nəqliyyat vasitəsi və 6 daşınmaz əmlak aldığı bildirilib.

Vəkil "MASAK-ın hesabatından sonra azadlığa buraxılma tələbimiz, Növbətçi Ağır Cəza Məhkəməsində edilən dəyişiklik səbəbilə hələ qiymətləndirilməyib. Xəbərin 19 iyul ərizəmizlə bağlı məhkəmənin aralıq qərarının paylaşılması zərurəti yaranıb" deyib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница