08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Qripə qarşı universal peyvənd yaradılıb

Qripə qarşı universal peyvənd yaradılıb

Amerikalı bioloqlar xəstəni qripin faktiki olaraq bütün ştammlarına yoluxmaqdan qoruyan peyvəndin prototipini hazırlayıb və onu meymunlar üzərində uğurla sınaqdan keçiriblər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Oreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) Mətbuat Xidməti məlumat yayıb.

"İspan qripi virusu əsasında yaratdığımız peyvənd meymunların əhəmiyyətli bir hissəsini müasir qrip ştammlarına yoluxmaqdan qoruya bildi. Bu, qrip virusunun daxili zülallarının strukturunun 100 illik təkamüldən sonra da demək olar ki, dəyişməz qalması ilə əlaqədardır. Biz ümid edirik ki, artıq 5-10 il sonra həqiqətən universal qrip peyvəndi əldə edəcəyik", - OHSU-nun professoru Cona Saşa bildirib.

Qeyd edək ki, hazırlanmış peyvənd dünya əhalisinin 60%-dən çoxunun daşıdığı herpes patogeninin alt növlərindən biri olan sitomeqalovirusun (CMV) dəyişdirilmiş versiyasıdır. Bu patogen infeksiyanın görünən simptomlarına səbəb olmur, lakin qazanılmış immun sistemindən çox aktiv reaksiya verməsinə gətirib çıxarır ki, buna görə də alimlər ondan qrip peyvəndi yaratmaq üçün istifadə etməyə çalışırlar.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница