08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Hindistanın ən zəngin ailəsinin varisi toya gələnlərə bahalı qol saatı hədiyyə edib

Hindistanın ən zəngin ailəsinin varisi toya gələnlərə bahalı qol saatı hədiyyə edib

Hindistanda "Əsrin toyu"nda seçilmiş qonaqlara 250 min dollar (425 min manat) dəyərində qol saatı hədiyyə edilib.

Oxu.Az "News18"ə istinadən xəbər verir ki, Asiyanın ən zəngin adamı, iş adamı Mukeş Ambaninin 28 yaşlı oğlu bəylərə "Audemars Piguet" brendinin qiyməti təxminən 250 min dollar olan məhdud seriyasının saatlarını hədiyyə edib.

Aksesuarın 18 karatlıq çəhrayı qızıldan qutusu, sapfir kristal korpusu var. Siferblat çəhrayı qızıldan hazırlanıb, mavi xronoqraflar və lüminessent əqrəblərlə təchiz edilib.

Bundan əlavə, saat "Manufacture Calibre 5134" özüqurulan mexanizm və həftənin günü, tarixi, astronomik ay, il, saat və dəqiqələri göstərən daimi əbədi təqvimlə təchiz edilib.

Bundan əvvəl Anant Ambaninin toyuna 600 milyon dollardan çox pul xərcləndiyi məlum olub.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница