16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Maldiv adalarında qadın nazir həbs olunub: Ölkə prezidentinə cadu etmək istəyib

Maldiv adalarında qadın nazir həbs olunub: Ölkə prezidentinə cadu etmək istəyib

Maldiv adalarında ətraf mühit, iqlim dəyişikliyi və enerji naziri Fatimat Şamnaz Əli Salem ölkə prezidentinə qarşı qara magiyadan istifadə etmək cəhdində ittiham edilib.

Nazir Fatimat Şamnaz Əli Salem və daha iki nəfər ölkə prezidenti Məhəmməd Muizzaya qarşı cadugərlik etdikləri üçün həbs ediliblər. Məsələ ilə bağlı istintaq davam edir, işin təfərrüatı açıqlanmayıb.

Maldiv adaları iqlim böhranı ilə bağlı bir çox problemlərlə üzləşdiyi üçün Salem mühüm mövqe tutur. Ada dövlətini əhatə edən su səviyyəsi yüksəlir və bu səbəbdən artıq əsrin sonuna qədər ölkə yaşayış üçün yararsız hala düşə bilər.

Məlumata görə, Maldiv adalarında sehr təcrübələri geniş yayılıb ki, bunlar kimisə lənətləməyə və ya özünə cəlb etməyə imkan verir. Bu rituallardan siyasətdə də istifadə olunur.

Belə ki, 2013-cü ildə Maldiv müxalifəti yerli hökumətə və polisə qarşı şər ruhlardan və lənətlənmiş toyuqdan istifadə etməkdə ittiham olunub.

Ölkədə sehrdən istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutulmur, lakin mövcud şəriət qanunlarına görə, sehrbaz və ya cadugər altı aylıq müddətə həbs edilə bilər. Maldiv adaları əhalisinin əksəriyyəti İslam dininə etiqad edir və burada cadugərlik böyük günah sayılır.(oxu.az)




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница