16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Marsın səthi niyə aramsız titrəyir?

Marsın səthi niyə aramsız titrəyir?

Sürixdəki Ali Texnologiya Məktəbinin isveçrəli alimləri qırmızı planetdə "Mars InSight" seysmoqrafı tərəfindən qeydə alınan daimi zəlzələlərin mənbəyini müəyyən ediblər.

Bildirilir ki, Marsın atmosferi olmasına baxmayaraq, Yerdən 100 dəfədən çox nazikdir. Bu o deməkdir ki, planetin kosmosdan düşən qayalardan (meteoritlərdən) etibarlı müdafiəsi yoxdur.

Bundan əlavə, Mars öz orbiti ilə Yupiter arasında asteroid qurşağına çox yaxındır, ona görə də yaxınlıqda çoxlu meteoritlər var.

Məlumatların təhlili göstərib ki, ildə 280 ilə 360 arasında basketbol topu ölçülü qayalar Marsın səthinə düşür və səkkiz metrdən çox ölçüdə kraterlər yaradır. Ayda bir dəfə isə daha böyük meteorit diametri 30 metr olan krater yaradır.

Alimlər qeyd ediblər ki, meteoritlərin təsirindən əldə edilən seysmik məlumatlar Marsın geoloji tarixinin xronologiyasını öyrənmək, həmçinin meteorit yağışları əsasında gələcək missiyaları planlaşdırmaq üçün istifadə edilə bilər.(oxu.az)




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница