16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Hindistanda kasıb gəlin toydan sonra qayınatasının pulunu oğurlayaraq evdən qaçıb

Hindistanda kasıb gəlin toydan sonra qayınatasının pulunu oğurlayaraq evdən qaçıb
Hindistanın Haryana ştatında gəlin toydan sonra pul və zinət əşyalarını götürərək evdən qaçıb.
Gəlini bəyin atası, Bilaspur kənd sakini Aşok Kumar tapıb. O, kiçik oğlunu evləndirmək istəyib və dostunun məsləhəti ilə "aradüzəldənə" müraciət edib. Onun təklif etdiyi Priti adlı qız kasıb ailədən olub. Lakin Kumar bunu problem etməyib. O, cehiz istəməyəcəyini vəd edib və qızın qohumlarına maddi yardım edib.
"Rəsmi toy mərasimindən sonra mən yeni gəlinimlə evə qayıtdım. Toy da gecəyə kimi davam etdi, səhər isə oğlum işə getdi. Bundan sonra Priti yoxa çıxdı", - deyə bəyin atası Aşok Kumar bildirib.
Qız qaçandan sonra Kumar evdə saxlanan qiymətli əşyaları yoxlayıb və orada 150 min rupi (təxminən 3 min manat – red.) çatmadığını görüb. Bundan əlavə, bəzi zinət əşyaları da yoxa çıxıb.
O, baş verənlər barədə "aradüzəldənə" danışanda o, Priti ilə əlaqə saxlamağa çalışacağına söz verib. Bundan sonra onun tanışı Kumarı hədələməyə başlayıb.
Sonda həmin Kumar polisə müraciət edib. İndi hüquq-mühafizə orqanları qaçan qızı axtarır. Bundan başqa, "aradüzəldən" qadın və onun tanışı da qanunu pozmaqda şübhəli bilinirlər./Oxu.az


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница