16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sloveniyada koronavirus inkarçıları dövlət televiziyasına hücum ediblər

Sloveniyada koronavirus inkarçıları dövlət televiziyasına hücum ediblər

Sloveniyanın paytaxtı Lyublyana şəhərində koronavirus inkarçılarından ibarət bir qrup Sloveniya Radioteleviziyasının (RTVS) qarşısında keçirilən nümayiş zamanı dövlət televiziyasının binasına daxil ola biliblər.
"Qafqazinfo" xəbər verir ki, etirazçılar dövlət televiziyasının rəsmilərindən onların ölkədə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə dair mövqelərinin efirdə işıqlandırılmasını tələb ediblər. Polisin müdaxiləsindən sonra etirazçılardan 20 nəfər saxlanılıb, televiziya binasının mühafizəsi gücləndirilib.
RTVS televiziyasının intendantı Andrey Vatmou baş vermiş hadisəni mətbuata hücum kimi dəyərləndirib və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini elan edib. 
Qeyd edək ki, koronavirus inkarçıları aylardan bəri Lyublyana və digər şəhərlərdə etirazlar təşkil edirlər və ddövlət televiziyasının qarşısı onların ən çox toplaşdıqları məkanlardan biridir. Keçmiş zabit, 1991-ci il müstəqillik müharibəsinin veteranı Ladislav Trohanın başçılıq etdiyi qrupun efirə çıxmaq üçün cəhdlərinin məğzi koronavirus pandemiyasının guya mövcud olmadığına dair öz tezislərini ölkə əhalisinə çatdırmaqdır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница