16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Afrika sizin üçün test laboratoriyası deyil" - Eto’O və Droqbadan kəskin etiraz

"Afrika sizin üçün test laboratoriyası deyil" - Eto’O və Droqbadan kəskin etiraz
"Afrika sizin üçün test laboratoriyası deyil" - Eto’O və Droqbadan kəskin etiraz


Didye Droqba və Samuel Eto'O fransalı alimlərin koronavirus pandemiyasına qarşı peyvəndi Afrikada sınaqdan keçirmək təklifinə sərt reaksiya veriblər.

MAY.AZ qol.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşım edən afrikalı keçmiş veteran futbolçular bu materikin sınaq labaratoriyası olmadığını qeyd ediblər.

Fil Dişi Sahilindən olan Droqba afrikalı liderləri vətəndaşlarını qorumağa çağırıb: "Bu alçaldıcı və irqçi ifadələri şiddətlə qınayıram. Afrika sizin üçün bir test laboratoriyası deyil. Afrikanı bir sınaq donuzu kimi görmək iyrənclikdir".

Kamerunlu Eto isə "Siz sadəcə zibilsiniz. Afrika sizin mülkünüz deyil" yazıb.

Qeyd edək ki, Fransa Milli Sağlamlıq və Tibbi Araşdırma İnstitutunun tədqiqat direktoru Camille Loct və Cocin xəstəxanasının reanimasiya xidmətinin mütəxəssisi Jan Pol Mira yerli telekanalların birində koronavirus pandemiyasının peyvəndini Afrikada sınamağı təklif ediblər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница