16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Trampdan azərbaycanlılarla bağlı qərar: işimiz çətinləşdi

Trampdan azərbaycanlılarla bağlı qərar: işimiz çətinləşdi
Trampdan azərbaycanlılarla bağlı qərar: işimiz çətinləşdi


ABŞ-ın Azərbaycandakı Səfirliyi "Azərbaycan vətəndaşları üçün vizaların verilməsinin qaydalarında dəyişiklik edilibmi?" sualına cavab verib.

BAKU.WS-in haqqın.az-a istinadla verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmış miqrasiya qaydalarının sərtləşdirilməsi haqqında fərman yalnız İran, İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmənin vətəndaşlarına təsir etməyib. Vizaların verilməsi ilə bağlı dəyişikliklər Rusiya, Belarus və başqa dövlətlərin vətəndaşlarına da şamil edilir.

Məsələn, dəyişikliklərdən əvvəl vizanın təkrar alınması (4 ildən sonra) zamanı vətəndaşlar "The Visa Interview Waiver Program"ı çərçivəsində söhbətdən keçməyə bilirdi. Yeni qaydalar üzrə bu müddət 12 aya qədər azaldılıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin cavabından məlum oldu ki, dəyişikliklər bizim ölkəmizin vətəndaşlarına şamil ediləcək.

Qeyd edək ki, xarici dövlətlərin və beynəlxalq təşkilatların viza almaq üçün müraciətləri, uşaqlar və yaşı 79-dan yuxarı olanlar bu prosedurlardan keçməyəcək.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница