16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

30 noyabr hansı əlamətdar gün kimi qeyd olunur?

30 noyabr hansı əlamətdar gün kimi qeyd olunur?

30 noyabrda Ümumdünya Ev Heyvanları Günü və Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü qeyd olunur. Həmçinin bu gün Kimyəvi Silah Qurbanlarının Xatirəsi Günüdür.

Oxu.Az bu barədə "news.ru"ya istinadən xəbər verir.

Məlumata görə, hər il 30 noyabrda bir çox ölkələrdə Ümumdünya Ev Heyvanları Günü qeyd olunur. Bu tarix insanlara kiçik dostlarımız üçün məsuliyyət daşıdıqlarını xatırladır. Bu gün ictimai təşkilatlar tərəfindən müxtəlif tədbirlər - ev heyvanlarına qulluq mövzusunda seminarlar, pişik və it sərgiləri, viktorinalar, müsabiqələr, sığınacaqlarda yaşayan heyvanlar üçün vəsait toplama aksiyaları keçirilir.

1988-ci ildən dünyanın bir çox ölkələrində 30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi istifadəçilərə kompüterlərini və onlarda saxlanılan bütün məlumatları qorumağın vacibliyini xatırlatmaqdır.

Kimyəvi Silah Qurbanlarının Xatirəsi Günü 2006-cı ildən qeyd olunur. Bu günün təsis edilməsindən bir il əvvəl Kimyəvi Silahların İşlənib Hazırlanmasının, İstehsalının, Toplanmasının və İstifadəsinin Qadağan edilməsi və Onların Məhv edilməsi haqqında Konvensiyaya üzv dövlətlərin X konfransı keçirilib. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının əsas vəzifəsi dünyada kimyəvi silahların məhv edilməsi prosesini izləmək və onun bir daha istehsal olunmaması üçün tədbirlər görməkdir.





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница