16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

18 oktyabr iş günü olacaq? - RƏSMİ AÇIQLAMA

18 oktyabr iş günü olacaq? - RƏSMİ AÇIQLAMA
"Müstəqillik Günü haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
BiG.AZ xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycanda 28 mayın "Müstəqillik Günü", 18 oktyabrın "Müstəqilliyin Bərpası Günü" adlandırılması təklif edilib.
İndiyə qədər Azərbaycanda 28 may Respublika Günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək. 18 oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab edilir. Dəyişiklikdən sonra 18 oktyabr "Müstəqilliyin Bərpası Günü" adlandırılıb.
Qeyd edək ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur.
Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kəsb edir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница