16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

3 MART

3 MART

1937-ci il. Tanınmış yazıçı-nasir Fərman Kərimzadə (1937-1989) anadan olub. 


F.Kərimzadə “Çaldıran döyüşü”, “Xudafərin körpüsü” tarixi romanlarının müəllifidir. Onun “Qarlı aşırım” əsəri əsasında “Axırıncı aşırım” bədii filmi çəkilib.


1875-ci il. Dövrünün tanınmış siyasi-ictimai xadimi, memar Məmmədhəsən Cəfərqulu oğlu Hacınski anadan olub (1875-1931). M.Hacınski Azərbaycan Xalq Cümhuriyyəti hökumətində əvvəlcə xarici işlər, daha sonra daxili işlər naziri vəzifələrini tutub. Dənizkənarı bulvarın tikintisi onun rəhbərliyi ilə başa çatdırılıb (1911).Sonradan bolşeviklər partiyasına daxil olan M.Hacınski Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində (1923) rəhbər vəzifələrdə işləyib. Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi Lavrenti Beriyanın göstərişi ilə həbs edilib və Tiflis həbsxanasında həlak olub. 

1923-cü il. Məşhur “Time” jurnalının ilk nömrəsi çapdan çıxıb. Həftəlik “Time” jurnalı ABŞ-ın Nyu-York şəhərində 3,2 milyon nüsxədən çox tirajla nəşr edilir. 

1847-ci il. Şotland mənşəli görkəmli alim, ixtiraçı Aleksandr Bellin doğum günü.


İlk real telefonun ixtiraçısı kimi tanınan alim Amerika Birləşmiş Ştatlarının telekommunikasiya sahəsinin inkişafında mühüm rol oynayan “Bell Labs” telefon şirkətinin qurucularından biri olub.


1986-cı il. Beynəlxalq PEN-Clubun (International PEN Club) 48-ci konqresində Dünya Yazıçılar Günü təsis olunub. 


2007-ci il. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığı Günü təsis edilib. ÜST-nin məlumatına görə, hazırda dünyada təxminən 360 milyon insan eşitmə qabiliyyətinin itirilməsi və pozulmasından əziyyət çəkir.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница