17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Maşının pəncərələri ilə bağlı bəzi təcrübəli sürücülərin belə bilmədiyi GİZLİ FUNKSİYA

Maşının pəncərələri ilə bağlı bəzi təcrübəli sürücülərin belə bilmədiyi GİZLİ FUNKSİYA

Müasir avtomobillər elə funksiyalarla təchiz olunub ki, sürücülər onların mövcudluğundan belə xəbərsizdirlər. İstehsalçılar minimalist dizayna üstünlük verdiklərindən artıq düymələri aradan qaldırmağa çalışır, bu səbəbdən bir çox faydalı imkanlar avtomobilin proqram təminatında "gizlədilir". Nəticədə, hətta təcrübəli avtomobil sahibləri belə öz nəqliyyat vasitələrinin - sadəcə bu funksiyalardan xəbərsiz olduqları üçün bütün potensialından istifadə etmirlər.

Oxu.Az-ın verdiyi məlumata görə, pravda.ru-nun avtomobil ekspertləri bu funksiyalardan biri - mühərrik söndürüldükdən sonra açıq qalan pəncərələrlə bağlı problemin həlli ilə bağlı tövsiyələrini veriblər.

Qeyd olunub ki, avtomobildən düşdükdən və mühərriki söndürdükdən sonra açıq qalan pəncərələr ən çox rast gəlinən hallardan biridir. Bir çox sürücü bu zaman avtomobilə qayıdaraq yenidən mühərriki işə salır və yalnız bundan sonra şüşəqaldıranları aktivləşdirir. Halbuki bu, əlavə hərəkətləri etməyə ehtiyac yoxdur.

Ekspertlər bildiriblər ki, bəzi avtomobil modellərində, mühərrik söndürülmüş olsa belə, pəncərələri fövqəladə bağlama funksiyası mövcuddur.

Bu funksiyanı aktivləşdirmək üçün:

- Hər iki ön pəncərənin qaldırılması düymələrini eyni anda basın və basılı saxlayın;

- Bütün pəncərələr bağlanmağa başlayana qədər gözləyin;

- Şüşələr tam bağlanana qədər düymələri buraxmayın.

Diqqət edilməli məqamlar

- Bəzi avtomobillərdə 2-3 saniyəlik qısa basılı saxlama kifayətdir, digərlərində isə düymələri sonadək tutmaq tələb olunur.

- Əgər sistem əvvəlcədən avtomobilin multimediası vasitəsilə deaktiv edilibsə, bu funksiya işləməyə bilər.

- Komanda, bəzən mühərrik söndürüldükdən yalnız 30 saniyə ərzində aktiv olur.




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница