18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Dünyada yeganə olan avtomobil hərraca çıxarılacaq

Dünyada yeganə olan avtomobil hərraca çıxarılacaq

Əntiq əşyalar üzrə ixtisaslaşmış "Dore&Rees" hərrac evi bu həftəsonu unikal avtomobili satışa çıxaracaq.


Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, bu, "Bertone" atelyesinin köməyi ilə "shooting brake" kuzovu ilə təchiz edilmiş yeganə "Aston Martin Rapide" nüsxəsidir.


2013-cü ildə istehsal edilən bu eksklüziv beşqapılı avtomobilin yürüşü hazırda 38 min kilometri keçib. Gözlənilən qiymət açıqlanmayıb.


Layihə "Jet 2+2" adlanır və seriyalı "Aston Martin Rapide" platforması əsasında qurulub. Universal xüsusi sifarişlə hazırlansa da, Britaniya şirkəti ilə "Bertone" atelyesi arasında 60 illik əməkdaşlığın yubileyinə həsr edilib. Avtomobilin ilk ictimai nümayişi 2013-cü il Cenevrə Avtosalonunda baş tutub.


"Rapide"in güc qurğusu dəyişməyib. Bu, 477 at gücü hasil edən 5,9 litrlik V12 mühərrikidir. Model 100 km/s sürətə 5,2 saniyəyə çatır və maksimum 296 km/s sürət yığır.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница