08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Mühərrik qəfil sönüb və işə düşmür: Motorun yolun ortasında "yatmasının" dörd səbəbi

Mühərrik qəfil sönüb və işə düşmür: Motorun yolun ortasında "yatmasının" dörd səbəbi

İşlək bir yolla gedirsiniz və birdən avtomobiliniz gücünü itirməyə başlayır, sonra tamamilə sönür. Belə bir ssenari hətta təcrübəli sürücünü də qəfil yaxalaya bilər. Bəs bu cür xoşagəlməz "sürpriz"in səbəbi nədir?

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı avtomobil mütəxəssisi İqor Boyarski mühərrikin qəflətən sönməsinin səbəblərindən danışıb.

Onun sözlərinə görə, birinci səbəb yanacaq sistemində gizlənir. Tıxanmış və ya zədələnmiş yanacaq filtri yanacağın vurulmasını məhdudlaşdırır ki, bu da mühərrikin dayanmasına gətirib çıxarır.

"İkinci mümkün nasazlıq alışdırma problemləri səbəbindən işləməyi dayandıra bilər. Bu, adətən nasaz şamlar, çatlamış alışdırma modulu və ya sıradan çıxmış sarğılar səbəbindən baş verir", - deyə o əlavə edib.

İqor Boyarski qeyd edib ki, mühərrikin idarəetmə sistemi - problemlərin daha bir potensial mənbəyidir.

"Hava kütləsi sərfiyyatı və drossel qapağının vəziyyəti sensorlarının qeyri-dəqiq göstəriciləri mühərrikin işində nasazlıqlara və onun dayanmasına gətirib çıxarır".

Ekspert vurğulayıb ki, termostatın nasazlığı və ya soyuducu mayenin sızması səbəbindən mühərrikin həddindən artıq qızması da avtomobilin qəflətən "yatmasına" səbəb ola bilər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница