08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Bu Çin brendi avtomobil Türkiyədə istehsal oluna bilər

Bu Çin brendi avtomobil Türkiyədə istehsal oluna bilər

Çinin aparıcı avtomobil istehsalçılarından biri olan "Shineray Group"un tərkibində fəaliyyət göstərən "SWM Motor", Türkiyədə istehsal üçün müraciət edib.

Şirkətin Türkiyə təmsilçisi "ATMO Group"dan verilən açıqlamaya görə, "SWM Motor" 2023-cü ilin sonunda daxil olduğu Türkiyə bazarını qlobal böyümə strategiyasının mərkəzlərindən biri kimi müəyyənləşdirib.

Bu çərçivədə şirkət Türkiyədə istehsal üçün müraciət edib. "ATMO Group" istehsal təşəbbüsü ilə aqressiv artımını yeni səviyyəyə qaldıracaq.

SWM Motor son zamanlarda Türkiyə bazarına daxil olub və G01, G01F, G03F və elektrik yüngül ticari X30L EV modelləri ilə türk istehlakçılarının qarşısına çıxıb. "SWM Motor Turkey" iyun ayından etibarən G05 adlı yeni D-SUV modeli ilə məhsul çeşidini genişləndirib. 

Türkiyədə istehsal olunacaq avtomobillər Balkan ölkələri və Avropa Birliyi bölgəsindəki digər bazarlara da ixrac olunacaq. 

SWM brendi 1971-ci ildə İtaliyada yaradılmışdır. 2014-cü ildə "Shineray Holding" tərəfindən alınan SWM, 2016-cı ildə "SWM Motors" adı ilə "Shineray Holding"ə məxsus "Brilliance Shineray Chongqing Automobile Co., Ltd."yə daxil edilmişdir.

Dizayn ofisi İtaliyanın Milan şəhərində olan və tamamilə italyan xətlərini daşıyan "SWM Motors"un Çonggingdə (Çin) araşdırma və inkişaf Mərkəzi var. SWM Motors hər il  Çonggingdə 300.000 avtomobil və 300.000 mühərrik istehsal edir.

(marja.az)




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница