16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bu sürücülərin DİQQƏTİNƏ - 40 manat cərimə oluna bilərsiniz

Bu sürücülərin DİQQƏTİNƏ - 40 manat cərimə oluna bilərsiniz
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) moped və motosiklet idarə edən sürücülərə xəbərdarlıq edib.
BAKU.WS-in xəbərinə görə, İdarənin rəsmisi polis mayoru Araz Əsgərli bildirib ki, yaz mövsümü ilə əlaqədar havanın isti keçməsi bəzi moped və motosiklet idarə edən şəxslərin təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşmaqla xüsusən də motodəbilqədən müxtəlif bəhanələrlə istifadə etmədən idarəetmə halları çoxalıb:
"Əvvəla onu qeyd etməliyik ki, motodəbilqədən istifadə etməmək inzibati məsuliyyət formalaşdırmaqla yanaşı yol nəqliyyat hadisəsi zamanı təhlükəsizliyin təmin olunması riskini artırır. Bu da ən ağır yol nəqliyyat hadisələrində geri dönüşü olmayan faciələrə yol açır. Bütün moped və motosiklet idarə edən sürücülərə, eləcə də onların sərnişinlərinə nəzərdə tutulan qaydalara ciddi riayət etməyi, özlərinin və sərnişinlərinin həyat və sağlamlığına biganə qalmamağı xahiş edirik".
"Motodəbilqədən istifadə etməyən sürücüləri İnzibati Xətalar Məcəlləsinin 329.2-ci və 338.4.4-cü maddələrinə əsasən, 40 manat, sərnişinləri isə 338.3-cü maddəyə əsasən, 30 manat məbləğində cərimə olunmaqla məsuliyyətə cəlb edilməsi qanunla nəzərdə tutulur. Gündəlik həyat tərzimizdə hərəkət iştirakçısı kimi təhlükəsizlik mədəniyyətinin ən yüksək səviyyədə təbliğatının məhz məsuliyyətli davranış sərgiləməklə ətrafdakı insanlara nümunə olduğunu unutmamağı bir daha hər bir şəxsdən xahiş edirik!", - DYP rərmisi vurğulayıb.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница