16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracı artıb

Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracı artıb
2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracı 40,7 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (27,9 milyon dollar) 45,8 faiz daha çoxdur.
Bu barədə Trend Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir.
2022-ci ilin hesabat dövründə Gürcüstandan Azərbaycana təkrar ixrac edilən avtomobillərin sayı 7,2 faiz artaraq 4292-dən 4601-ə çatıb.
Beləliklə, Azərbaycan 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan əsas avtomobil idxalçıları arasında birinci yerdədir. Azərbaycandan sonra Qazaxıstan (7,4 milyon dollar) və Ukrayna (6,8 milyon dollar) gəlir.
Bununla yanaşı, 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan avtomobillərin təkrar ixracı 72,5 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (49,9 milyon dollar) 45,2 faiz çoxdur.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница