16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Rusiya istehsalı olan avtomobil hissələri bahalaşır

Rusiya istehsalı olan avtomobil hissələri bahalaşır

Rusiyaya tətbiq olunan sanksiyalardan sonra avtomobil sənayesinin çöküb.
Belə ki, Rusiyada ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 96,7% azalıb. Həmçinin, dizel və benzin mühərriklərinin istehsalı 57%, yük avtomobillərinin istehsalı isə 39,3% aşağı düşüb.
Maraqlıdır, Azərbaycanda Rusiya istehsalı olan avtomobillərin ehtiyat hissələri bahalaşa bilər?
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, müharibə başlayandan bəri Rusiyanın avtomobil sənayesində böyük təlatüm yaşanır:
"Hətta iş o yerə çatıb ki, Rusiya vaxtilə istehsalını dayandırdığı köhnə avtomobillərin modellərini belə yenidən istehsal edəcəyini açıqlayıb.
Yəni bu, onu göstərir ki, Rusiyadakı avtomobil sənayesi çökmək üzrədir. Çünki 97 % azalma artıq rekord göstəricidir. Rusiya bu müharibə dövründə bir daha nümayiş etdirdi ki, tam olaraq avtomobil istehsalçısı deyil. Bir çox ölkələrin avtomobil istehsalında başqa dövlətlərdən asılılığı var.
Rusiyanın da Yaponiyadan, Almaniyadan, Çindən asılılığı vardı. Sözügedən ölkələrdən müxtəlif detallar alınaraq, avtomobillər istehsal edilirdi. Lakin Rusiyaya tətbiq olunan sanksiyalar həmin o detalların alınması prosesini dayandırdı. Beləliklə, Rusiya avtomobil istehsalında geriləməyə başladı. Bununla da, Rusiyanın büdcəsinə milyardlarla ziyan dəyir".
Ekspert qeyd edib ki, avtomobil istehsalı ilə detalların istehsalı fərqlidir:
"Rusiya istehsalı olan avtomobil detallarının çox bahalaşacağını düşünmürəm. Amma hansısa zərərlərin qarşılanması üçün Rusiya bu addımı da ata bilər.
Sözsüz ki, bu Azərbaycana da təsir göstərəcək. Hazırda Azərbaycanın avtomobil parkının təxminən 30 faizdən artığını Rusiya istehsalı olan avtomobillər təşkil edir. Ona görə də bu istiqamətdə müəyyən bahalaşma ola bilər. Amma hələlik bu, baş vermir. Çünki həmin avtomobillərin "ölüxanası" da kifayət qədər böyükdür. Yəni detal problemi yaxın vaxtlarda gözlənilmir"./Cebhe.info


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница