08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Yola duz səpən yol polisi haqda yeni xəbər (VİDEO, FOTO)

Yola duz səpən yol polisi haqda yeni xəbər (VİDEO, FOTO)
Yola duz səpən yol polisi haqda yeni xəbər (VİDEO, FOTO)


Millət vəkili Aydın Mirzəzadə bir neçə gün əvvəl sosial şəbəkələrin ulduzuna çevrilmiş yol polisi ilə görüşüb.

May.Az-in məlumatına görə, millət vəki bu haqda Facebook sosial şəbəkəsində yazıb:

Bu da günümüzün qəhrəmanı olan yol polisi baş serjantı Teymur Süleymanov.

Dünən sosial şəbəkələrdə srağagünkü axşam qarlı havada maşınların sürüşməməsi üçün yola öz təşəbbüsü ilə duz səpən yol polisi əməkdaşının videogörüntüsü yayıldı.

Sonradan onun yol polisi baş serjantı Teymur Süleymanovun olduğu aydınlaşdı.

Bu gün Bakı Baş Dövlət Yol Polis İdarəsinin şöbə müdüri Vaqif Əsədova zəng edərək həmin polis işçisi ilə görüşmək istədiyimi bildirdim.

Məlum oldu ki, onun fəaliyyət marşrutu Milli Məclisə yaxındır. Hadisə də hərəkətin sıx olduğu, kəskin döngəsi ilə tanınan teleteatr binası yanında olub.

Teymur çox təvazökar və azdanışan bir gəncdir. Gördüyü işdən də elə geniş danışmağı xoşlamır. Bildirdi ki, "etdim ki, avtomobillər toqquşmasın, hadisə olmasın".

Baş serjanta təşəkkür etdim, onun öz hərəkəti ilə azərbaycan xalqının ən yaxşı cəhətlərini göstərdiyini vurğuladım. Məlum oldu ki, Bakıda daha bir neçə yol polis əməkdaşı eyni hərəkəti daha bir neçə yerdə ediblər. Yol polisinin həmin gecə işinə sayıq yanaşması nəticəsində heç bir ağır avtombil qəzası baş verməyib.
Yola duz səpən yol polisi haqda yeni xəbər (VİDEO, FOTO)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница