08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Bakıya elektriklə işləyən müasir taksi gətirilib - FOTO

Bakıya elektriklə işləyən müasir taksi gətirilib - FOTO
Bakıya elektriklə işləyən müasir taksi gətirilib - FOTO


Üç ay ərzində Bakıya yeni "London taksi"ləri gətiriləcək.

Artıq bu taksilərin sifarişi verilib. Hazırda taksilərdən biri nümunə üçün ölkəmizdədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ''Bakı Taksi Xidməti'' MMC Bakıya nümunə olaraq müasir standartlara cavab verən 1 ədəd "London taksisi" gətirib.

BiG.AZ xezerxeber.az-a istinadla xəbər verir ki, avtomobil elektriklə işləyir.

Bu taksidən istifadə edən sərnişinlər ödənişi POST-terminallar vasitəsilə də ödəyə bilir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, 3 ay ərzində bu taksilərin sayı 100-ə çatdırılacaq.

''Bakı Taksi Xidməti'' MMC-nin baş direktoru Fuad Əliyev deyib ki, bu taksilər müasir texnologiyalar ilə təchiz edilib.

Bununla yanaşı, bu taksilərə fiziki qüsurlu şəxslərin rahat minib-düşmələri üçün panduslar quraşdırılıb. Üstəlik, yeni taksilər android sistemlə də təchiz olunub.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində elektriklə işləyən bu cür taksilərə tələbat artıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev ölkədə taksi nəqliyyatı xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə öz tapşırıqlarını verib.

Bakıya elektriklə işləyən müasir taksi gətirilib - FOTO


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница