Çörək niyə bahalaşdı? (ARAŞDIRMA)
Xeberler 1 208

Çörək niyə bahalaşdı? (ARAŞDIRMA)

Çörək niyə bahalaşdı? (ARAŞDIRMA)


Qısamüddətli müzakirələrdlən sonra əksər çörək zavodları və sexləri çörəyin qiymətini artırıb. Çörək istehsalçıları qiymət artımını çörəyin çəkinin artması ilə əlaqələndirməyə çalışsalar da, qiymət-çəki nisbətinin dəyişməsi bu arqumentin ciddi olmadığını göstərib.

Bakının ən böyük çörək istehsalçısı və digər çörək istehsalçıları üçün də qiymət oriyentiri rolunu oynayan «Bakıxanov» Çörək Zavodundan verilən məlumata görə, zavoda buraxılan çörəyin mağazalara yayım qiyməti 35 qəpikdən 45 qəpiyə, mağazalarda satış qiyməti isə 40 qəpikdən 50 qəpiyə yüksəlib.

Zavodun satış şöbəsinin əməkdaşları iddia edirlər ki, çörəyin qiymətinin artımı onun çəkisinin yüksəlməsi ilə bağlıdır. Belə ki, indiyədək 670- 700 qram olan çörək hazırda 730-770 qram təşkil edir. Hərçənd, göründüyü kimi, çəki artımı qiymət artımı ilə müqayisədə cüzidir.

Binə Çörək Zavodu da qiymətləri artırıb. Əvvəl çəkisi 650 qram olan çörək 40 qəpiyə satılıb . İndi zavodun bişirdiyi çörək 50 qəpiyə satılır. Çörəyin çəkisinin də təxminən 100 qram artdığı iddia edilir.

Gilan Holdinq"ə daxil olan 1 saylı çörək zavodundan isə qiymətlərin artmadığı bildirilib. Burada 700 qramlıq çörək mağazalara 36 qəpiyə buraxılır və 40 qəpiyə satılır, 500 qramlıq çörək isə mağazalara 26 qəpikdən buraxılır və burada 30 qəpiyə satılır. Zavodun nümayəndəsi Ramin Qədirov bildirib ki, bunun üçün rəhbərliyin qərarı lazımdır: «Zavodun rəhbərləri hansı qərarı versələr, biz də o qiymətə satacağıq. Hələlik qiymət artımı gözlənilmir».

Çörək istehsalçıları bildirir ki, qiymət artımının səbəbləri unun, elektrik enerjisinin və suyun satış qiymətinin yüksəlməsidir. Çörək istehsalında əsas xammal olan unun qiymətinin yüksəlməsi qiymət artımına xüsusi təsir edib. İstehsalçılar bildirir ki, indiyədək un kisəsinin qiyməti 21,5 manat olduğu halda, hazırda bu qiymət 23,5 manata yüksəlib. Enerjinin 1 qəpik və ya 16% yüksəlməsi də çörəyin maya dəyərinə təsirini göstərib. İstehsalçılar bildirir ki, ilk baxışdan çüzi artıma görünsə də, enerjini bahalaşması qiymətlərə təsir etməyə bilməzdi. Nəhayət, suyun satış qiymətinin müəssisə və təşkilatlar üçün təqribən 2 dəfə artırılması da qiymətlərə yekun təsirini göstərib.

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив