Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA - 29.12.2024
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Dekabrın 29-u saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, düşən yağıntının miqdarı Balakəndə 19, Zaqatalada 11, Kəlbəcərdə 7 , Laçında 4 , Quba, Xocalı, Neftçala, Qusar, Qobustan, Qəbələ, Şəki, Şamaxı, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şabran, Gəncədə 2 mm, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dir.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahdağda 16, Quba 7, Şahbuzda 6, Qaxda 5 sm-dir.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s, Naftalanda 18 m/s-dək güclənib.
Sumqayıt, Binə, Pirallahı, Şərur, Hacıqabul, Daşkəsən, Göygöl, Zaqatala, Naxçıvan, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Göyçayda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.