Ukraynanın "Avroviziya" iştirakçısı bomba sığınacağında seçiləcək
Musiqi 309

Ukraynanın "Avroviziya" iştirakçısı bomba sığınacağında seçiləcək

Bu il İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya" müsabiqəsinin qalibi olan Ukrayna adından qarşıdan gələn il yarışma Liverpulda keçiriləcək.


Axşam.az xəbər verir ki, iyunda Avropa Yayım Birliyi (EBU) ölkədəki vəziyyətə görə "Avroviziya 2023"ün Ukraynada keçirilməyəcəyini elan edib. İlk dəfədir 1980-ci ildən bu yana müsabiqə qalib ölkədə keçirilməyəcək.


67-ci "Avroviziya" mahnı müsabiqəsinin tarixləri də artıq bəllidir – birinci və ikinci yarımfinallar mayın 9 və 11-də, final isə mayın 13-də planlaşdırılıb. Ölkələrin siyahısı rəsmi internet saytında dərc edilib və 2023-cü ildə 37 ölkənin müsabiqədə iştirakı rəsmən təsdiqlənib.


Eurovision.tv xəbər verir ki, Ukraynanın Milli İctimai Televiziya və Radio Şirkəti elan edib ki, Ukraynanın milli seçimi dekabrın 17-də olacaq. Seçim turu Kiyevdə bomba sığınacağından yayımlanacaq.


Məlumdur ki, hazırda müraciət edən 299 iştirakçıdan 400 mahnı daxil olub - oktyabrın sonuna kimi seçilmiş mahnıların və müsabiqə iştirakçılarının uzun siyahısı təqdim ediləcək.

Son xəbərlər