26
октября
2020
21:52
Həbib 29 döyüşdən nə qədər qazanıb?
UFC-nın yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədovun karyerası boyunca nə qədər gəlir əldə etdiyi məlum olub.
MAY.AZ Unikal.org-a istinadən xəbər verir ki, rusiyalı idmançı 7 ildə 10 milyon dollar qazanıb. Lakin bu, təkcə mükafat fondundan gələn puldur. Bu məbləğin üstünə reklam tərəfdaşlarından və canlı yayından gələn gəlirləri də əlavə etsək, təxminən 12 milyon edir.
Xatırladaq ki, Həbib ilk döyüşünü 2013-cü ildə keçirib. O, həmin dueldən 10 min dollar qazanıb, üstəgəl, bir o qədər bonus əldə edib. Castin Getji ilə ötən həftəsonu baş tutan döyüş isə Nurməhəmmədova 3 milyon və əlavə 90 min dollar qa2andırıb.
Xatırladaq ki, peşəkar karyerası boyunca 29 döyüş keçirən müsəlman idmançı üçün Getji ilə döyüş sonuncu idi.