05
ноября
2022
01:38
Türkiyə ilk yerli avtomobilini təqdim edib
Türkiyə 60 illik xəyalına qovuşmağa yaxındır. Bu günlərdə Gebze Bilişim Vadisində ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə Türkiyənin ilk yerli avtomobili təqdim edilib.
Əslində, Türkiyədə avtomobil sənayesi güclü inkişaf edib – onillərdir ki, Anadoluda lisenziya əsasında müxtəlif markadan olan avtomobillər istehsal edilir. Lakin, türkiyəli mütəxəssislər tərəfindən yaradılmış TOGG markasını daşıyan avtomobil bir ilkdir. Yeni avtomobil elektrik güc qurğusuna, 1080 mm enə və 2800 mm təkər bazasına malik olan orta ölçülü krossoverdir.
TOGG (Türkiyenin Otomobil Girişim Grubu) şirkəti 2030-cu ilə qədər beş model təklif etməyi planlaşdırır. C seqmentindən olan krossoverin ardınca, istehsalçı B seqmentindən olan yığcam krossoveri, həmçinin C seqmentindən olan sedan, hetçbek və miniveni hazırlamaq niyyətindədir.
TOGG markasının ilk krossoveri iki versiyada təklif ediləcəkdir. Bunlardan birincisi arxa oxda yerləşdirilmiş 200 at qüvvəsinə malik olan elektrik mühərriki, ikincisi isə, ümumi hasilatı 400 at qüvvəsi olan hər iki elektomotor ilə təchiz edilən tam ötürməli modifikasiya olacaqdır. 200 at qüvvəli arxaçəkişli modifikasiya 100 km/saat sürətini 7.6 saniyəyə, 400 at qüvvəli tamötürməli versiya isə 4.8 saniyəyə toplayacaqdır. Qeyd etmək lazımdır ki, krossoverin güc qurğusu və batareyaları türk mühəndislərinin iştirakı ilə yaradılıb və şirkət tərəfindən patentləşdirilib.
Bununla belə, TOGG şirkəti elektomobilin təchiz ediləcəyi batareyaların tutumu barədə məlumat verməyib, lakin iki batareya seçiminin olduğu qeyd edilib. Krossoverin yürüş ehtiyatının 300 - 500 km arasında olacağı bildirilib. İstehsalçı sürətli elektrik yükləmə qurğusundan batareyanın 80 faizinin doldurulmasına yarım saatdan az müddətdə tələb olunduğunu bildirib. Təxmini hesablamalara görə söhbət 150 kVs tutuma malik olan batareyadan gedir.
Yeni krossoverin üzərində TOGG şirkətinin mütəxəssisləri Pininfarina atelyesinin dizaynerləri ilə birlikdə çalışıblar. Avtomobilin dizaynın yaradılması zamanı yerli alıcıların tələb və təklifləri diqqətə alınıb. Dizaynerlər avtomobilin görkəmi üzərində işləyərkən Anadolu mədəniyyətindən və xüsusi ilə burada bitən lalədən ilham alıblar. Bu çiçəyə xas olan naxışları avtomobilin radiator barmaqlığında və təkər disklərində görmək olar. Bu cizgi avtomobilin Türkiyə ilə bağlılığını vurğulamalıdır.
İlk türk avtomobili geniş siyahıya malik olan elektron sistemləri ilə də öyünə bilər. İstehsalçı elektrik krossoverinin ikinci səviyyəli avtonom idarəetmə sistemi ilə təchiz ediləcəyini bəyan edib. Sonradan bu sistemi üçüncü səviyyəyə kimi artırmaq da mümkün olacaqdır. Avtomobilin təchiz edildiyi proqram təminatının “hava vasitəsi” ilə də daima yenilənməsi nəzərdə tutulub. İnternetə giriş nöqtəsi ilə yanaşı, elektromobil ağıllı evdəki qurğuları idarə etməyə imkan verən V2X funksiyası ilə təchiz ediləcəkdir. Bu xidmətər 5G texnologiyasının inkişafı ilə əlçatan olacaqdır.
Son tendensiyalara uyğun olaraq, avtomobilin interyeri tamamilə rəqəmsallaşdırılıb: burada virtual cihazlar paneli ilə yanaşı multimedia sisteminin sensorlu displeyini görmək olar. Ən maraqlısı isə, elektromobil Porsche Taycan modelində olduğu kimi sərnişin displeyini də təklif edir. Havalandırma sisteminin idarəedilməsinə mərkəzi konsolda quraşdırılmış sensorlu displey cavabdehdir. Elektrokarda ənənəvi düymlərin sayı minimum endirilib – salonda ötürmərələr qutusun dəstəyi və dayanacaq əyləcinin düyməsini daxil olmaqla bir neçə düyməni görmək olar.
Avtomobilin platforması barədə məlumat verilməsə də, onun öndə McPherson, arxa da isə çoxqollu asqı ilə təchiz edildiyi bildirilib. Bu sərnişinləri maksimum rahatlıq, sürücünü isə idman xüsusiyyətlərinə malik olan dəqiq idarəetmə ilə təmin edəcəkdir.
Elektrokarın təchizatına holoqrafik yardımçı da daxil edilmişdir ki, TOGG nümayəndələrinin bildirdiyinə görə, sistem gözlərin izlənməsi alqoritmlərindən və üçölçülü vizuallaşdırma texnologiyasından istifadə edəcəkdir. Bu texnologiya sayəsində sürücü diqqətini yoldan yayındırmadan bütün məlumatlarla tanış olamq imkanı əldə edəcəkdir. Məsələn, sürücü asanlıqla naviqasiya sistemindən və digər yardımçı sistemlərdən yararlana biləcəkdir.
TOGG avtomobillərinin istehsal ediləcəyi avtomobil zavodunun inşası 2021-ci ildə başa çatmalıdır. 2022-ci ildə isə ilk seriya elektrik krossoveri konveyerdən çıxmalıdır. İlkin olaraq, elektromobil yalnız daxili bazarda satılacaqdır. Sonradan avtomobil digər bazarlarda da təklif ediləcəkdir.