Bayramı bölgələrdə keçirmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər ötən ildən YÜKSƏK OLACAQ
Xeberler 0

Bayramı bölgələrdə keçirmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər ötən ildən YÜKSƏK OLACAQ

Yeni ilin yaddaqalan olmasını istəyən vətəndaşlar adətən bölgələrə üz tuturlar.

Amma yaradılan şərait göz oxşadığı qədər qiymətlər də bir o qədər gözalıcıdır. Xüsusilə turizm bölgələrində fəaliyyət göstərən hotellərin Yeni il qiymətləri indidən bəllidir.

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, Yeni il paketi təklif edən Şuşa, Xankəndi, Qəbələ, Quba, Qusar və Şamaxıda yerləşən hotellərdəki məbləğləri araşdırıb. Məlum olub ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən bəzi hotellərdə artıq yer yoxdur. Burada 2 nəfər üçün 1 900 manata təklif edilən yerlər də var.

Qusardakı bəzi hotellərdə isə minimum 3 gecələmə olmalıdır. 2 nəfərə tələb edilən qiymət isə 5 100 manatdır. Bura səhər, axşam yeməyi və şou-proqram daxildir. Kifayət qədər yüksək olan qiymətlər barədə ekspertlər nikbin düşünürlər.

"Mən deməzdim ki, bu il qiymətlər keçənilkindən yüksək olacaq. Hər il bizdə turizm bazarında təkliflərin və xidmətlərin sayı artır. Qiymətlər isə uyğundur", - deyə turizm eksperti Ceyhun Aşurov Baku TV-yə açıqlamasında bildirib.

Ekspertlər deyirlər ki, qiymətləri bazar formalaşdırır. Təklif edilən paketin alıcısı olmasa, satanı da olmaz.

Ətraflı süjetdə:




Oxşar xəbərlər

Son xəbərlər