09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Mütəxəssis avtomobilin qəzaya uğradığını dərhal necə başa düşməyin sirlərini açıb

Mütəxəssis avtomobilin qəzaya uğradığını dərhal necə başa düşməyin sirlərini açıb

"Göz qiymətləndirməsi" ilə həmişə maşının qəzaya düşüb-düşmədiyini bilmək olmur. Yalnız mütəxəssis diqqətli diaqnostikadan sonra avtomobilin yol-nəqliyyat hadisəsinə düşüb-düşmədiyini və bunun istismarına necə təsir edəcəyini dəqiq müəyyən edə bilər. Bununla belə, alıcını narahat etməli olan bir neçə əlamət var.

Oxu.Az-ın məlumatına görə, avtomobil təmiri şirkətlərindən birinin mexaniki təmir departamentinin direktoru Vadim Strelbitski "Rossiyskaya Qazeta"ya bu barədə danışıb.

"Belə əlamətlər arasında, məsələn, kuzov panelləri arasındakı boşluqları göstərmək olar. Əgər onlar qeyri-bərabərdirsə və ya həddindən artıq böyükdürsə, bu, qəzadan sonra keyfiyyətsiz təmirin nəticəsi ola bilər. Baxış zamanı kuzovun qüsurlarına xüsusi diqqət yetirməyi tövsiyə edirəm. Kuzovda müxtəlif əziklər, cızıqlar və çatlar qəzadan xəbər verə bilər", - deyə mütəxəssis deyib.

"Kuzovun qeyri-bərabər rəngi də narahatlıq doğurmalıdır: məsələn, müxtəlif panellərdə çalar fərqlidirsə və ya yenidən rənglənmə izləri varsa, bu, qəzadan sonra təmirin əlamətidir. Həmçinin salonun vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyə edirəm. Əgər zərbə və ya zədələnmə izləri görünürsə (məsələn, təhlükəsizlik yastıqlarının cırılması, panellərin deformasiyası və ya tavanın cırılması), bu da qəzaya işarə edə bilər", - deyə Strelbitski qeyd edib.





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница