İman Xəlif Mask, Tramp və Roulinqi məhkəməyə verir

İman Xəlif Mask, Tramp və Roulinqi məhkəməyə verir
İdman 3

"X" sosial şəbəkəsinin sahibi İlon Mask, ABŞ prezidentliyinə namizəd Donald Tramp və sehrbaz "Harri Potter" və dostları haqqında yazdığı silsilə romanlar sayəsində məşhurlaşan yazıçı Coan Roulinq əlcəzairli boksçu İman Xelifin məhkəməsində fiqurant kimi çıxış edəcəklər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə idmançının vəkili Nabil Budi "Variety"yə məlumat verib.

Avqustun 10-da məlum olub ki, gender testindən keçə bilməyən Xəlif kiberzorakılıqla bağlı Paris prokurorluğuna şikayət edib.

"Coan Roulinq və İlon Mask da iddiada adı çəkilənlər arasındadırlar", - Budi bildirib.

O əlavə edib ki, Donald Tramp da təhqiqat hədəfi olacaq.

Budi qeyd edib ki, internetdə nifrətlə mübarizə üzrə Fransa mərkəzinin analoqu olan ABŞ təşkilatı ilə razılaşma olduğu üçün iddia Fransadan kənarda olan insanlara da şamil edilə bilər.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2023-cü il Dünya Çempionatında gender testlərindən keçə bilmədiyinə görə diskvalifikasiya edilmiş və Xəlif və tayvanlı Lin Yutinqi qadınlar arasında boks üzrə Olimpiya turnirinə buraxıb. Bu qərar idman ictimaiyyətində geniş rezonans doğurub.

İman Xəlif 66 kq çəki dərəcəsində boks üzrə Olimpiya çempionu olub.


Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив