Bakıdakı külək təhlükəli həddədir? - AÇIQLAMA
Xeberler 706

Bakıdakı külək təhlükəli həddədir? - AÇIQLAMA

Bakıdakı külək təhlükəli həddədir? - AÇIQLAMA


Küləyin maksimal sürəti saniyədə 25 metrdən çoxdursa, artıq təhlükə deməkdir.

MAY.AZ xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bildirib.

Onun sözlərinə görə, hər üç ildən bir Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur:

"Bir gün ərzində küləyin maksimal sürəti saniyədə 10-12 metr olur. Daha sonra külək şiddətlənir və 15 dəqiqə ərzində sürəti saniyədə 25 metrə qalxır. Bu, təhlükə sayılır. Amma bu halın olması Bakı üçün gözlənilməz hal deyil".

Məhərrəm Həsənov qeyd edib ki, güclü küləyin əsməsi nəticəsində Bakıda müəyyən ağaclar aşa bilər:

"Eyni zamanda, yaxşı bərkidilməmiş bəzi binaların damı aşa bilər. Elə bir böyük fəsad törədəcək hadisələr olmayacaq. Küləyin binanı uçurması, avtomobili aşırması ehtimalı yoxdur".

Qeyd edək ki, Azərbaycanda güclü külək sonuncu dəfə 2015-ci ildə əsib. Küləyin maksimal sürəti saniyədə 30-38 metrə çatıb.

Son xəbərlər