"Əvvəl döyürdü, sonra güllər yollayırdı"
Şou-biznes 771

"Əvvəl döyürdü, sonra güllər yollayırdı"

"Əvvəl döyürdü, sonra güllər yollayırdı"


Model-aktrisa Ceren Hindistan verilişlərdən birinə qonaq olub.

MAY.AZ axşam.az-a istinadən məlumat verir ki, aktrisa şəxsi həyatı ilə bağlı suallara cavab verib:

“Hamilə olanda 7-8 dəfə şiddətə məruz qaldım. Kəmərlə döyürdü, sonra da polisə gedə bilməməyim üçün dostunun evinə aparıb orada bağlı saxlayırdı. Onu sevmirdim. Sevməyə çalışdım, amma alınmadı. Övladım dünyaya gəldikdən sonra evdən qaçdım və ailəmin yanına gəldim”.

Aktrisa qızı Aryanın xəstəliyi barədə də danışıb:

“Həmin vaxt hər şey çətin gəlirdi. Ümid edirəm ki, belə halı heç bir ana yaşamaz. İndi qızım yaxşıdır. Amma 5 il gözləməliyik. Qızım dəfələrlə ölüm təhlükəsi ilə üz-üzə qaldı. Ən çətin an isə onun saçlarını keçəl etməyim oldu. Əsəbimdən həyat yoldaşımın avtomobillərini əzirdim, cızırdım. Evdə yeməyə heçnə yox idi, amma Aryanın atası dostları ilə hər gün görüşürdü. Bir dəfə əlində silahla gəldi. Antalyadan getməyimi istədi. Əvvəl məni döyürdü, sonra güllər yollayırdı”.

Qeyd edək ki, Ceren iş adamı Ümit Aslanla ailəli olub. üctlüyün evliliyindən Arya adlı qız övladları dünyaya gəlib.

Oxşar xəbərlər

Son xəbərlər