Baş məşqçi yarışa apardığı tələbəsinə təcavüz etdi
Hadisə / İdman 107

Baş məşqçi yarışa apardığı tələbəsinə təcavüz etdi

Primorsk Atletika Federasiyasının baş məşqçisi 64 yaşlı Yuri Paxomkin 9-cu sinif şagirdinə qarşı seksual hərəkətlərdə ittiham olunub.


Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, ötən ilin iyulunda həmin vaxt 14 yaşı olan idmançı 64 yaşlı məşqçisi ilə Çelyabinskdə yarışa gedib. Mentor və şagird on gün eyni oteldə - "Visit"də yerləşdirilib.


Məktəbli qızın dediyinə görə, bu oteldə yaşlı məşqçi onu incidib və hər cür ədəbsiz hərəkətlər edirmiş. Qız bu barədə anasına indi danışıb.


Polis cinayəti etiraf edən Paxomkini saxlayıb. "Seksual hərəkətlər" maddəsi ilə cinayət işi açılıb, məşqçini 3 ilə qədər həbs gözləyir.

Son xəbərlər