16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Mübarizə "qatil" deyən psixoloqla bağlı Mədət Quliyevə MÜRACİƏT EDİLDİ

Mübarizə "qatil" deyən psixoloqla bağlı Mədət Quliyevə MÜRACİƏT EDİLDİ
Mübarizə "qatil" deyən psixoloqla bağlı Mədət Quliyevə MÜRACİƏT EDİLDİ



“Bizim Qarabağ boyda bir faciəmiz var. Vətən bütövlüyü uğrunda savaşmaq isə imandandır. Qeyri-bərabər döyüşdə Azərbaycan torpaqlarını zəbt etmiş qəddar, işğalçı tərəfi məhv edən şəxsi "qatil" adlandırmaq şərəfsizlikdir. Bu həm də onminlərlə şəhid, qazi haqlarına qarşı təcavüzdür”.

MAY.AZ xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimova “qatil” deməsinə münasibət bildirən C.Əzimbəyli onu dövlətin maraqlarına zidd çıxış etməkdə ittiham edib:

“Milli Qəhrəman Mübariz İbrahimovun ünvanına Azərbaycan gəncliyinə yaraşmayan şəkildə Azərbaycan Respublikasının vətəndaşı olan bir şəxs tərəfindən sərsəm fikirlərin səsləndirilməsi absurddur. Ölkəmizdə milli və dini kimliyi bəlli olan, hətta olmayan şəxslərin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan bütün vətən övladlarını rəhmətlə anırlar. Mübariz İbrahimov müasir Azərbaycanın şəhidlik məktəbi sayılır. Bunu ona görə deyirəm ki, 2016-cı il aprel hadisələrində iştirak edən tanıdığım onlarla Azərbaycan əsgəri Mübariz İbrahimovu özlərinə örnək seçmişdilər. Məni ən çox hiddətləndirən səbəb ondan ibarətdir ki, bu adam dayanmır. Etirazlara və sərt reaksiyalara baxmayaraq, hələ də sosial şəbəkələrdə yeni çıxışlar edir. Düşünürəm ki, Azərbaycanın aidiyyəti hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti bu vətəndaşla bağlı ciddi araşdırma aparmalıdır. Ola bilər ki, bu şəxs siyasi savadsızlıqdan Ermənistanın xarici kəşfiyyat orqanlarının təsir dairəsinə düşüb. Hətta ola bilər, o, özü bundan xəbərsizdir. Dövlətin, millətin mənafeyinin qırmızı xətti var. O xətti keçmək artıq bizim milli təhlükəsizliyimizə təhdiddir. Bu çıxış Mübariz İbrahimovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sayəsində, böyük çətinliklərə ölkəmizə gətirilib göz yaşları içində dəfn edilməsinə qarşı sayğısızlıqdır. Yəqin ki, bu qızın çıxışlarını eşidən atası, doğması yoxdur. Çünki o, çağırışlarını davam etdirməkdədir.

Düşünürəm ki, həmin şəxs tez bir zamanda zərərsizləşdirilməlidir. Çünki onun çıxışları Azərbaycan dövlətçiliyi üçün təhdiddir. Azərbaycan qanunvericiliyi ilə həmin qıza cavab verilməlidir. Biz hüquqi bir dövlətdə yaşayırıq. Dövlət Təhlükəsizliyi Xidməti bu məsələnin üzərinə getməlidir”.

Camal Əzimbəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə müraciət edib:

“Fürsətdən istifadə edərək Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə müraciət ünvanlayaraq xahiş edirəm ki, birbaşa bu və bunun kimi Azərbaycanın milli mənafeyinə, ərazi bütövlüyünə təxribat xarakterli çıxış edən şəxslər vaxtında zərərsizləşdirilsin. Bu, bizim milli təhlükəsizliyimizə ən böyük xidmətlərdən biri olar".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница