13:07 Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə... 07:47 Azərbaycana yeni BYD-lər gəlir 18:53 Məşhur müğənni Britni Spirs bir daha çıxış etməyəcəyi ölkənin adını çəkdi 18:52 Hər gün əlinizdə bakteriyalar çoxalır - təhlükə XƏBƏRDARLIĞI 18:51 Mütəxəssislər gecə Wi-Fi-ni söndürməyi məsləhət görür 18:50 Sarımsağı soyuducuda saxlamaq olarmı? 18:49 Radiatorlar niyə yavaş-yavaş qızır və bunu necə düzəltmək olar? 18:49 Üzünüzü camaşır sabunu ilə yusanız, dərinizdə nə baş verir? 18:48 Qədim adət-ənənələr: Gəlini valideyn seçərdi, yayda toy olmazdı, məclisə pul yazdırmazdılar 18:47 Mirasa görə atasını BALTALADI: adını oğluna qoymuşdu

İtaliya prezidenti Şəhidlər xiyabanını ziyarət edib

İtaliya prezidenti Şəhidlər xiyabanını ziyarət edib
İtaliya prezidenti Şəhidlər xiyabanını ziyarət edib


Azərbaycan Respublikasında rəsmi səfərdə olan İtaliya Respublikasının prezidenti Sercio Mattarella iyulun 19-da Şəhidlər xiyabanını ziyarət edib.

May.Az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Sercio Mattarella Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İtaliyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən İtaliya prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница