Pəhriz saxlamadan necə arıqlamaq olar?
Qadın dünyası 218

Pəhriz saxlamadan necə arıqlamaq olar?

Dieta saxlamadan da gözəl bədən quruluşuna sahib ola bilərsiniz.
Axşam.az xarici mediaya istinadən bunun yolunu təqdim edir.
Bir saniyəölçəni iyirmi dəqiqəyə nizamlayın və özünüzü yavaş yemək yeyən biri hesab edin. Bu, mürəkkəb dieta proqramları olmadan arıqlamanın ən yaxşı vərdişlərindən biridir. Yeməyi çox çeynəyin. Hətta bir loxmanı 40 dəfə çeynəmək yaxşıdır. Bu zaman toxluq hormonlarınızı da hərəkətə keçirəcək və doyduğunuzu tez hiss edəcəksiniz.
Yeməyi sürətlə yemək, az çeynəmək, aclıq hissini gec öldürür.
Daha çox yuxu, daha az çəki
Gündəlik 2,500 kalori qəbulunun norma olduğunu deyən Miçiqan Universitetinin tədqiqatçılarına görə, gecə bir saat daha artıq yatmaq insanın bir ildə altı kilo çəki itirməsinə kömək edə bilir. Açıqlamalara görə, boş fəaliyyətlərin və tələsik ayaqüstü yemək yeməyin yerini yuxu əvəz etdikdə, heç bir səy göstərmədən kalorinizi altı faiz miqdarında azalda bilərsiniz.
Nəticələr hər insan üçün fərqli ola bilər, ancaq yuxu başqa bir üsulla da kömək edir. Çox az yatmaq iştahı artdıraraq vaxtından tez acmağınıza səbəb olur. Bu, araşdırmalar nəticəsində sübut olunub.
Ürəyiniz istəyən yeməyi yeyə bilərsiniz. Amma qədərində. Məsələn, əgər şirniyyat istəyirsinizsə, ondan bir qaşıq yeyib, kənara çəkilin. Eləcə də, yeməklər də... Yeməkləri az və çörəksiz yeyərək, çəki ata bilərsiniz.

Son xəbərlər