Bunu edərək 3 günə 3 kiloqram ARIQLAYIN - SADƏ RESEPT
Üç günə 3 kiloqramdan çox çəki atmaq mümkündürmü? May.Az xəbər verir ki, rusiyalı həkim-diyetoloq Marqarita Korolyova bunun o qədər də çətin olmadığını bildirir. Onun sözlərinə görə, 3 gün duzdan imtina edib qarabaşaq yeməklə 3 kilo arıqlamaq olar. Üç günlük pəhrizin qaydası
Bir stəkan qarabaşağı yuyub bişirirsiniz. Duzdan başqa, istənilən ədviyyat əlavə etmək olar. Hazır qarabaşağı gün ərzində 5-6 öyün yeyirsiniz. Yanında çiy tərəvəzlərdən də (məsələn. xiyardan) istifadə etmək lazımdır. Bu pəhrizlə artıq ilk gün çəki 800-1200 qram azala bilər. İkinci gün eyni miqdarda qarabaşağı gün ərzində 3 dəfə yemək olar. Üçüncü gün isə qida rasionunuza qatıq da əlavə edə bilərsiniz. Natəvan Baxşiyeva