İftarda bu səhvə yol verməyin – Təhlükəlidir
İslam 298

İftarda bu səhvə yol verməyin – Təhlükəlidir

Bu gün Ramazan ayının birinci günüdür. Bu günlərdə oruc tutan hər kəsin qida rasionu tamamilə dəyişir. Bu səbəbdən orqanizmin sağlamlığını qorumaq üçün həm iftarda, həm də imsakda sağlam qidalanmaya fikir vermək lazımdır. Çünki bəzən bizim üçün adi görünən bir şey çox böyük təhlükələrə yol aça bilər. 

Lent.az Ramazan ayında düzgün qidalanma ilə bağlı tövsiyələri təqdim edir: 

Ramazan ayında diqqət yetirilməli olan mühüm məqamlardan biri də iftar süfrələri üçün hazırlanan yeməklər və onların istehlak miqdarıdır. İftar süfrələrində normal günlərdən 2-3 dəfə artıq yemək olur. Bu zaman qan şəkəri çox aşağı olduğu üçün qısa müddətdə çoxlu qida qəbul etmək istəyi yaranır. 

Edilən ən böyük səhvlərdən biri yeməyi tez-tez, fasiləsiz istehlak etməkdir. İftarda nəzarətsiz və çox yemək gecə sizi narahat edə, kökəlməyə və ya mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

Həzm problemlərinin qarşısını almaq üçün əsas yeməklərlə yanaşı, qatıq, ayran və kefir kimi probiotik qidalardan da istifadə etməyə diqqət edin. İftar süfrələrində xəmir, dolma və düyü kimi yüksək karbohidratlı qidalardan yalnız birini seçin.

Eyni zamanda, Ramazan ayında şəkərli kompotlar, turşulu içkilərdən qaçmaq və ya ən azından mümkün qədər azaldılmalıdır.

İftarla imsak arasında aclıq hiss edirsinizsə, meyvə, süd və qatıq kimi qidaları istehlak etməyiniz məsləhətdir. Ramazanda toxluq metabolizmasında təsirli olan ən əhəmiyyətli yemək imsakda yeyilən qidalardır. Gündəlik kalori və qida ehtiyaclarını ödəmək vacibdir. İmsak yeməyi həm aclıq, həm də susuzluq hissinin sonradan yaranmasında təsirli rol oynayır.

Ən böyük səhvlərdən biri imsaka qalxmamaqdır. Səhərlər oyanmadığınız zaman oruc müddətiniz uzanacaq və vücudunuz gərginləşəcək. Ona görə də ilk əsas qayda imsaka oyanıb tam yemək yeyilməlidir.

Səhərlər yedikdən sonra dərhal sonra yatmaq yeyilən yeməklərin mədənin pozulmasına gətirib çıxarır. Bu vəziyyətin qarşısını almaq üçün daha yüngül qidalara üstünlük verilməlidir. Həddindən artıq yağlı, duzlu, ədviyyatlı  və qızardılmış qidalardan uzaq durmaq lazımdır.

İmsakda sadə karbohidratlardan istifadə etmək gün ərzində özünüzü halsız və yorğun hiss etməyinizə səbəb olacaq. Odur ki, səhərlər pəhrizinizdə sadə karbohidratlar yerinə kompleks karbohidratlar olan tam buğda , çovdar çörəyi və yulaf kimi səhər yeməyində rahatlıqla istehlak edə biləcəyiniz qidalara yer ayırın. Xəmir və tort kimi qidalardan uzaq durun.

Çox duzlu qidalardan da imtina edin. Çünki imsakda istifadə etdiyiniz duzlu qidalar gün ərzində susuzluğa səbəb olacaq. Eyni zamanda mürəbbə, kompot, bal, bəkməz kimi şəkər tərkibli qidalardan, turşu məhsullar kimi duzlu qidalardan mümkün qədər uzaq durun.

Gün ərzində çox susuz qalmamaq üçün imsakda bol su içmək vacibdir. Buna görə də səhərlər nə qədər çox su içsəniz, gün ərzində susuzluğunuz bir o qədər az olar.

Qoz, badam və fındıq kimi yağlı toxumlar gün ərzində bizə enerji verən çox yaxşı bir enerji mənbəyidir. Buna görə də onları rahatlıqla yeyə bilərsiniz. 



Son xəbərlər