Oruc tutan zaman bunları edin
İslam 712

Oruc tutan zaman bunları edin

Oruc tutanlar immunitetlərini güclü saxlamalıdırlar. Bunun üçün 3 önəmli amilə fikir vermək lazımdır: sağlam qidalanma, çox yatmaq və vaxtlı-vaxtında idman. Bəzən idmana vaxt çatmamasından şikayətlənə bilərsiniz. Bunu iftardan sonra 1 saat piyada gəzməklə də əvəzləyə bilərsiniz.
May.az türk mediasına istinadən oruc tutarkən etdiyimiz səhvləri təqdim edir:
İftarda çox yemək
Orucunuzu soyuq yox, ilıq su ilə açmalısınız. Suyu içdikdən sonra bir neçə dəqiqə gözləyib, sonra yemək yeyin. Çox yemək həzm sistemində problem yaradacaq. Yemək yeyərkən yavaş yeməyə diqqət edin. Şorba içdikdən sonra 10-15 dəqiqə fasilə verməlisiniz. İkinci yeməyin yağlı olmamasına fikir verin.
Tez yeyib bitirmək
Tez yemək qan şəkərini artıracaq. İftardan sonra yuxulamağa başlayacaqsınız. Tez yeyərkən doyduğunuzu hiss etməyəcəksiniz. Buna görə də yavaş-yavaş yeyin, hətta arada 1 dəqiqə fasilə verin, ayağa durub evdə gəzin və yenidən süfrə arxasında oturun. Yedikdən sonra tez çay içib, şirniyyat yeməyin. Gözləyin heç olmasa 1 saat vaxt keçsin.
İmsakda oyanmamaq
Bəziləri imsakda oyanmır və gün ərzində ac qalır. İnsan mütləq vitamin, mineral, yağlar və proteyn qəbul etməlidir. Bunu isə gündə bir dəfə yeməklə təmin etmək mümkünsüzdür. Əks halda orqanizm bədəndə olan vitaminlə qidalanacaq, immunitetin düşməsinə gətirib çıxaracaq.
Tərəvəz yeməmək
Sağlam bir orqanizm üçün tərəvəz mütləqdir. Həm vitaminlə orqanizmi təmin edir, həm də qan şəkərini qaydasında saxlayır. Tərəvəzlər eyni zamanda orqanizmi cavan saxlayır. Bu mövsümdə çalışın göyərtini çox yeyəsiniz.
Xəmir xörəkləri yemək
Xəmir yeməkləri yemək olar, amma qədərində. Həddindən çox istifadə etmək sizi halsızlaşdıracaq. Çünki mədə xəmiri gec həzm edir.
Su içməyi unutmaq
Su sizi gümrah saxlayacaq. Əks halda gün ərzində başınız ağrıyacaq, halsızlıqdan əziyyət çəkəcəksiniz. Həm də su toksinləri orqanizminizdən uzaqlaşdıracaq. İftardan sonra imsaka qədər 3-4 stəkan su içməyə çalışın.

Oxşar xəbərlər

Son xəbərlər