22
сентября
2022
20:00
Azərbaycanda "TikTok" nə vaxt açılacaq? - RƏSMİ
Bildiyimiz kimi, Azərbaycanda "TikTok" sosial şəbəkəsi müvəqqəi olaraq bağlanıb. Platformaya giriş 12-13 sentyabr tarixlərində Ermənistan silahlı birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatdan sonra məhdudlaşdırılıb. Belə ki, buna səbəb "TikTok"da cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən, hərbi sirləri özündə əks etdirən dezinformasiya xarakterli məlumatların paylaşılması olub. İctimaiyyət arasında vahimə yaradan və həqiqətə uymayan informasiyaların qarşısını almaq məqsədilə artıq bir neçə gündür ki, bu platformanın girişinə qadağ qoyulub.
Bəs Azərbaycanda "TikTok" niyə hələ də bağlıdır? Sosial şəbəkəyə qoyulan məhdudiyyət nə vaxt aradan qaldırılacaq?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən BiG.AZ-a bildirilib ki, bununla bağlı qanunvericilikdə hələlik bir dəyişiklik yoxdur:
""TikTok" sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda bu barədə aidiyyəti orqanlar ictimaiyyətə məlumat verəcək".
Qeyd edək ki, "TikTok"un Azərbaycanda geniş istifadəçi kütləsi var. Bir çoxları bu platformaya qoyulan qadağanın aradan qaldırılmasının tərəfdarıdır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz BiG.AZ-a açıqlamasında platformanın hələ də bağlı olmasının səbələrindən danışıb:
"Bu addımın atılması zəruri idi. Çünki hər bir sosial medianın öz auditoriyası var. "TikTok"un da auditoriyası daha çox yeniyetmə və uşaqlardır. Bu təbəqə orada çoxluq təşkil edir. Onlar da bilərəkdən yaxud bilməyərəkdən Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı Azərbaycan qanunvericiliyinə zidd, reallığı əks etdirməyən informasiyalar yayırdılar. Bu baxımdan, "TikTok"da uşaqların və yeniyetmələrin çox olduğunu nəzərə alaraq, hökumətin bu istiqamətdə atdığı addım doğru hesab oluna bilər".
O.Gündüz "Azərbaycanda "TikTok"a giriş bərpa olunmalıdırmı?" sualını da şərh edib:
"Düşünürəm ki, bu, müvvəqqətidir. Yəgin ki, vəziyyət normallaşandan sonra bu məsələyə yenidən baxıla bilər. Amma istənilən halda, fikrimcə, uşaqlar və yeniyetmələr üçün sözügedən platformanın bağlanması doğru olardı.
Əlbəttə, "TikTok"un faydalı tərəfləri də var. Burada əhəmiyyətli informasiyalar da tapmaq olar. İnsanlar özlərini təsdiq etmək və tanıtmaq üçün bu sosial şəbəkədən istifadə edə bilərlər. Yəni yaşlı təbəqə üçün ondan istifadə faydalıdır. Ona görə də gələcəkdə bu məsələyə baxıla bilər. Azərbaycan qanunvericiliyi tələb edir ki, uşaq və yeniyetmələr üçün bu platforma bağlanmalıdır. Qanunvericilikdə qadağan olunan, uşaqların əldə etməsi düzgün olmayan informasiyaların çoxusu orada var. Ona görə düşünürəm ki, gələcəkdə məsələyə bir qədər fərqli yanaşmaq lazımdır".
Nuranə Vüqarlı